Modern.az

Tərtərdə bir nəfər minaya DÜŞDÜ

Tərtərdə bir nəfər minaya DÜŞDÜ

Hadisə

9 Mart 2023, 13:46

Martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb. 

 

Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!