Türkiyədə yenidən kütləvi etiraz aksiyaları keçirilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ötən axşam İstanbulun Qazi məhəlləsində Gezi parkı etirazlarına dəstək vermək üçün yolu bağlayan kütlə ilə polis arasınad qarşıdurma yaranıb.
Polisin xəbərdalığına "Molotov kokteyli" ilə cavab verən nümayişçilərə qarşı su şırnaqları, gözyaşardıcı qazdan istifadə olunub.
Istanbulla yanaşı paytaxt Ankarada da on minlərlə sakin ayağa qalxıb. Qızılay meydanında toplaşan aksiyaçılarla polis arasında analoji vəziyyət yaranıb. Polis Ankaranın Kuğulu parkında davamlı aksiya keçirən etirazçıların çadırlarını söküb.
Qeyd edək ki, 13 gündür Türkiyənin böyük şəhərlərində AKP iqtidarına qarşı etiraz aksiyaları keçirilir.
Modern.az