Ermənistan prezidenti Serj Sərkisyan dünya şöhrətli opera müğənnisi Monserrat Kabalye ilə görüşüb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Sərkisyan görüşdə Kabalyenin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün çətinliklərlə üzləşdiyini bildirərək müğənnini bu addımına görə Ermənistanın ali mükafatı olan “Şərəf” medalı ilə təltif edib.
Dağlıq Qarabağa səfəri ilə Azərbaycanda böyk narazılığa səbəb olan Kabalye Sərkisyana bundan sonra da Ermənistana səfərlərini davam etdirəcəyini deyib. Kabalye bu gün – iyunun 9-da Yerəvanda konsert verəcək.
Qeyd edək ki, rəsmi Bakı Monserat Kabalyenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı İspaniyaya etiraz notası verib.
Modern.az