Modern.az

Qayınata və qayınanasını yandıran kürəkənin cəzası azaldıldı

Qayınata və qayınanasını yandıran kürəkənin cəzası azaldıldı

Hadisə

9 Mart 2023, 17:02

Qayınatasını və qayınanasını öldürməyə cəhd etməyə görə həbs edilmiş Rövşən Tağıyev barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

 

Qərara əsasən, Rövşən Tağıyevin cəzası 18 ildən 17 ilə endirilib. Məlumatı təqsirləndirilən şəxsin vəkili Cavidan Hacıyev təsdiq edib.

 

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabr ayında Nəsimi rayonunda qeyd alınıb.

 

İttihama görə, Rövşən Tağıyev sentyabrın 19-da arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

 

Rövşən Tağıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs verilmiş ittihamlarla təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!