Modern.az

Xalidə Xalid: “Tezliklə buraxılacağıma inanmazdım” - VİDEO

Xalidə Xalid: “Tezliklə buraxılacağıma inanmazdım” - VİDEO

Təhsil

9 İyun 2013, 19:28

İki aya yaxın İranda həbsdə saxlanılan Milli Elmlər Akademiyasının elmi işçisi Xalidə Xalid ANS-ə müsahibə verib. O bu iki ayda yaşadıqlarından danışıb.

“Orada elə şeylər mənim gözümə görünürdü ki, mən şokda qalırdım ki, ilahi yəqin mən havalanıram. Amma sonradan anlayırdım ki, bu beyin pozuntusu deyil. Bu sadəcə Allahın bir nidasıdır, mənə gəlir ki, səbr et, döz. Bu tezliklə buraxılacağıma əmin deyildim. Səfirliyin nümayəndəliyinə təhvil verilənə qədər. Elə bildim yenə də sorğu-suala aparırlar. O səhnəni kaş ki, görəydiniz. Çünki mən istədim tam xəbərsiz gəlim. Sonra fikirləşdim ki, elə olsa, Allah uzaq etsin, uşaqlar şok keçirdə bilər. Əzizbəyov metrosuna yaxınlaşanda, mən zəng vurdum ki, Bakıdayam”, - deyə X.Xalid vurğulayıb.

Qeyd edək ki, AMEA-nın elmi işçisi Xalidə Xalid aprelin 30-da Təbrizdə saxlanılmışdı.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama