Modern.az

Cəbhəçilərin maşını Lənkəranda daş-qalaq edilib - FOTO

Cəbhəçilərin maşını Lənkəranda daş-qalaq edilib - FOTO

Təhsil

9 İyun 2013, 15:30


Bu gün Lənkəranda müşavirə keçirmək istəyən cəbhəçilər təzyiqlərə məruz qalıblar. Bu barədə Modern.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Partiya rəsmisinin sözlərinə görə, Lənkəranda yolu kəsən sakinlər onların əyləşdiyi avtomobili daş-qalaq edirlər.

"Bu gün Lənkəranda partiyanın müşavirəsini keçirməyə gedərkən basqına məruz qaldıq. Ön və arxa tərəfdən əyləşdiyimiz maşının yolu kəsildi, 50-yə yaxın əlində daş, armatur olan öyrədilmiş şəxslər üstümüzə hücum çəkdilər. Olduğumuz maşın əzilərək yararsız vəziyyətə salındı, bütün şüşələri sındırıldı.Hücum edənlər bizə xəsarət yetirməyə çalışsalar da Allahın lütfü sayəsində qurtula bildik. Hadisə yerindən 3-4 km uzaqlaşandan sonra yenidən hücuma məruz qaldıq”-deyə F.Qəhrəmanlı bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama