Modern.az

Qaradağda 27 yaşlı gənci öldürən şəxs SAXLANILDI

Qaradağda 27 yaşlı gənci öldürən şəxs SAXLANILDI

10 Mart 2023, 07:56

Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elburus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987–ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi