Modern.az

Zorlama: Azərbaycanda bu cinayət növünün STATİSTİKASI

Zorlama: Azərbaycanda bu cinayət növünün STATİSTİKASI

Təhsil

10 İyun 2013, 10:20

Bir çox dövlətlərdə olduğu kimi, son vaxtlar Azərbaycanda da zorlama hadisələrinin sayının artdığı bildirilir. Məsələnin pis olan bir tərəfi də ondan ibarətdir ki, zorlamaya qadınlarla yanaşı, azyaşlı qız və oğlanlar da məruz qalırlar.
Modern.az təcavüzə məruz qalanların statistikasını araşdırmağa çalışıb.

 

Statistikaya keçməzdən öncə qeyd edək ki, Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır. Həmin cinayətləri törədənlərə qarşı 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ancaq bəzi ekspertlər belə cinayət hadisələrini törədənlərə qarşı cəzanın daha də sərtləşdirilməsini təklif edirlər. Cəmiyyətdə bu cür insanlara qarşı birmənalı olaraq, nifrət hisslərini daha da sərtləşdirmək və insanları bu əməldən çəkindirmək məqsədilə zorlama törədən cinayətkarların cəza müddətinin 20 ilə qədər uzadılması, hətta həmin cinayəti törədənlərin əməliyyat yolu ilə axtalanması təklif olunur.
Zorlama hadisələri dünyanın bir çox ölkələri üçün aktual problemdir. Bəzi ölkələrdə insaniyyətə xələl gətirən bu cür hallara qarşı qanunlar daha sərtdir. Məsələn, Polşada yaxın qohumlarını və 15 yaşından aşağı olan uşaqları zorlayaraq seksual xarakterli cinayətdə suçlanan cinayətkarların kimyəvi maddələrlə axtalanması ilə bağlı qərar qəbul edilib. Qanuna uyğun olaraq, bu ölkədə internet vasitəsilə 15 yaşına qədər olan uşaqları yoldan çıxaran pedofillər də axtalanır. 
İsraildə isə bu cür insanlara qarşı “dekapeptil“ adlı preparatlardan istifadə edilir. Kimyəvi maddələr cinayətkarın qanına yeridilir ki, bu da cinayətkarda zorlama vərdişini yoxa çıxarır. Rusiyada isə hesab edirlər ki, pedofiliya ilə məşğul olanların bu vərdişi sağalmaz olduğu üçün onlar cəza vaxtını başa vurduqdan sonra yenidən öz hərəkətlərini təkrarlaya bilərlər. Ona görə də bu cür xəstə və təhlükəli insanlara qarşı ciddi tədbirlər görülür. 
Almaniyada zorlama hadisələrinin həddi daha çox olduğundan gün ərzində ən azı altı nəfər pedofil haqda axtarış elan olunur.

Bu gün Azərbaycanda da cinsi zorakılığa məruz qalanların sayı getdikcə artır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, ölkədə 2003-cü ildə – 49, 2006-cı ildə – 35, 2009-cu ildə – 35, 2012-ci ildə isə 19 hadisə zorlama və zorlamaya cəhdlə bağlı olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən isə bu növ cinayət törədənlərin sayında son on ildə azalma müşahidə olunur. Belə ki, on il əvvəl zorlama və zorlamaya cəhd edənlərin sayı 37 nəfərə idisə, 2012-ci ildə belə cinayətlər törədənlərin sayı 10 nəfər olub.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, 2012-ci zorlama hadisələrinin 93,8%-nin açılması təmin edilib.

  Gültəkin ƏLƏSGƏR  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama