Modern.az

Milli Məclisin Komitəsi: “Növbədənkənar sessiyaya qanun layihəsi təqdim etməyəcəyik”

Milli Məclisin Komitəsi: “Növbədənkənar sessiyaya qanun layihəsi təqdim etməyəcəyik”

Parlament

10 İyun 2013, 10:29
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az saytına açıqlamasında komitədə hazırlanan qanun layihələrindən danışıb.
“Bu layihələr Milli Məclisin növbədənkənar sessiyasında müzakirə olunmaq üçün nəzərdə tutulmayıb. Prezident tərəfindən də hər hansı bir qanun təklif edilməyib. Yalnız payız sessiyası üçün bir qanun layihəsi nəzərdə tutulub. Bu, “Bələdiyyələrin hesabatları haqqında” adlı layihədir. Konstitusiya müddəalarından irəli gəlir. Sənəd bələdiyyələrin Milli Məclisdə hesabat verməsi haqqındadır”.   Vüqar İsmayılov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...