Modern.az

Bakıda 2 nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB

Bakıda 2 nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB

Hadisə

10 Mart 2023, 15:30

Bakıda silahlı insident törədən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

 

"Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb", - DİN rəsmisi deyib. 

 

Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.

 

***

15:17

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

 

DİN-dən Modern.az-a bildirilib ki, hadisə zamanı 2 nəfər xəsarət alıb.

 

"Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb", - deyə rəsmi məlumatda qeyd olunub.

 

***

14:50

 

Bakıda silahlı insident baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb. Atışma zamanı 3 nəfərin yaralandığı deyilir.

 

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a təsdiqləyiblər.

 

"Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək", - deyə DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

 

***

 

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

 

Əlavə məlumat veriləcək.

 

***

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur", - açıqlamada deyilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır