Modern.az

“İlqar Məmmədov hökumətdən cavab gözləyir” – Vəkil

“İlqar Məmmədov hökumətdən cavab gözləyir” – Vəkil

Təhsil

10 İyun 2013, 11:49


“REAL” hərəkatının sədri İlqar Məmmədov hökumətdən cavab gözləyir. Bunu Modern.az-a İlqar Məmmədovun vəkili Fuad Ağayev deyib. Onun sözlərinə görə iyunun 18-ə kimi Azərbaycan hökuməti Avropa Məhkəməsinin onlara ünvanladığı suallara cavab verməlidir.

“Hazırda İlqar Məmmədov 6 nömrəli kamerada saxlanılır. Baxmayaraq ki, özü tək adamlıq kamerada saxlanılması üçün müraciət edib, amma onun bu müraciəti qəbul olunmayıb. Səhhətində elə bir ciddi problem yoxdur”.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi İ. Məmmədovu İsmayıllı hadisələrində təqsirli bilərək barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. İ.Məmmədovun həbs müddəti bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunur.

Gültəkin Ələsgər   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama