Modern.az

Sabah 30 dərəcə isti olacaq - HAVA

Sabah 30 dərəcə isti olacaq - HAVA

Təhsil

10 İyun 2013, 12:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabur tutulacağı gözlənilir, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

İyunun 11-dən 13-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.

Azərbaycanın bölgələrində iyunun 11-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama