Modern.az

Sərnişin "Prius" sürücüsünü bıçaqla hədələdi

Sərnişin

Hadisə

11 Mart 2023, 11:08

Bakıda quldurluq hadisəsi olub.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.

 

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi