Modern.az

Gələn həftədən dünya dəyişəcək - Nə baş verir?

Gələn həftədən dünya dəyişəcək - Nə baş verir?

İqtisadiyyat

11 Mart 2023, 12:33

ABŞ-ın "OpenAI" şirkəti gələn həftə GPT-4 adlı süni zəka çatbotunu istifadəyə verməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Techmonitor" nəşri məlumat yayıb.

 

Bildirilir ki, şirkətin ən son təqdim etdiyi GPT-3.5 modeli 175 milyard parametrləri özündə cəmləşdirib. GPT-4 isə bundan dəfələrlə çox, 10 trilyon parameterə malik ola bilər.

 

GPT-4, həmçinin multimodal süni zəka texnologiyası olacaq. Bu, o deməkdir ki, qeyd olunan çatbot əvvəlki versiyalardan fərqli olaraq yalnız mətnlər yox, video, şəkil və səs kimi bir çox məzmun üzərində işləyə biləcək.

 

"Digitaltrends" nəşri yazır ki, məsələn, GPT-4 telefon danışıqlarını avtomatik mətnə çevirəcək və şirkətlər telefon danışıqlarını mətnə çevirən zaman istifadə edilən böyük resurslara qənaət etmiş olacaq.

 

Yeni çatbotun illüstrasiyalı kitablar, film səhnələri və s. hazırlaya biləcəyi də qeyd olunur.

 

Hazırda istifadə edilən GPT modeli insan dilini başa düşür və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilir.

 

İstifadəçilər süni zəkadan esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə və ya kodlaşdırma problemlərini həll edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi