Modern.az

Bakıdakı Dünya Kubokunda ilk mükafatçılar bəlli oldu

Bakıdakı Dünya Kubokunda ilk mükafatçılar bəlli oldu

İdman

11 Mart 2023, 12:24

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının ilk qalibləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, kişilər arasında sərbəst hərəkətlər üzrə final yarışlarında uğurla çıxış edən qazaxıstanlı Milad Kərimi 14,200 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub.

 

Ukrayna gimnastı İlya Kovtun 13,933 xalla yarışı ikinci, ABŞ təmsilçisi Riley Lus 13,733 xalla üçüncü pillədə başa vurublar.

 

Martın 12-də yekun vurulacaq turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

 

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü