
Tanınmış hüquqşünas Qurban Məmmədovun işinə bu gün Apelyasiya Məhkəməsinə baxılacaq. Bu barədə
Modern.az-a Qurban Məmmədovun vəkili Süleyman Qurbanov məlumat verib. Müvəkkili ilə ötən həftənin altıncı günü görüşdüyünü deyən vəkil bildirib ki, Qurban Məmmədovun səhhəti ilə bağlı heç bir problemi yoxdur: “Səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Saxlama şəraiti də yaxşıdır”-deyə Süleyman Qasımov bildirib. Qurban Məmmədovun işinə bu gün Apelyasiya Məhkəməsində baxılacağını söyləyən Süleyman Qasımov onu da bildirib ki, yəqin ki, məhkəmə onun qanunsuz həbs edildiyini nəzərə alacaq.
Qeyd edək ki, Qurban Məmmədov Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Belə ki, o, bir neçə ay öncə baş vermiş avtoqəzada suçlanır. Həmin qəzada dayanacaq işçisinin ayağı sınıbmış və günahkar Qurban Məmmədov bilinir. Qurban Məmmədov ADP sədri Sərdar Cəlaloğlunun qardaşıdır.
Gültəkin ƏLƏSGƏR