Millimiz Dubayda heç-heçə etdi

Millimiz Dubayda heç-heçə etdi

11 Mart 2023, 13:02

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

 

Modern.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

 

Millimizin qolunu qarşılaşmanın 81-ci dəqiqəsində Hüseynli Fatiməyi-Zəhra vurub.

 

Komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran daxildən çat verir - Siyasi gərginlik pik həddə