Modern.az

7 iyun buraxılış imtahanlarının nəticələri açıqlandı

7 iyun buraxılış imtahanlarının nəticələri açıqlandı

10 İyun 2013, 14:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 7-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan nəticələri qurumun rəsmi saytında (//tqdk.gov.az/netorta11/  //tqdk.gov.az/netorta9/) yerləşdirilib.

IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına  (2,3,4,5) uyğunluğu cədvəldə təqdim olunur:

 

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

0-7 

0-7 

0-7 

8-16 

8-16 

8-16 

17-23 

17-23 

17-22 

24-30 

24-30 

23-30 

 

XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət  şkalasına  (2,3,4,5) uyğunluğu cədvəldə təqdim olunur: 

 

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

0-7 

0-7 

0-7 

8-17 

8-17 

8-16 

18-25 

18-25 

17-24 

26-30 

26-30 

25-30

Qeyd edək ki,  TQDK tərəfindən iyunun 7-də Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı,  Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi