yunun 10-da Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının IV iclası işə başlayıb.
TürkPA-nın beynəlxalq katibliyindən AzərTAc-a bildirib ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan parlamentinin sədri Nurlan Nigmatulin, Qırğızıstan Jokorgu Keneşinin sədri Asilbek Jeenbekov, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və TürkPA-nın baş katibi Ramil Həsənovun iştirak etdikləri iclasda bu quruma sədrlik rəsmi olaraq Qırğızıstandan Türkiyəyə keçəcək.
Assambleya Şurasının iclası çərçivəsində üzv ölkə parlamentləri sədrlərinin və TürkPA baş katibinin Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşləri nəzərdə tutulub.
Modern.az