Modern.az

Şahnaz Haşımova prezidentə məktub yazdı

Şahnaz Haşımova prezidentə məktub yazdı

Təhsil

10 İyun 2013, 15:18


Azərbaycanın xalq artisti, tanınmış müğənni Şahnaz Haşımova prezident İlham Əliyevə məktub yazıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, xalq artisti məktubunda ölkə başçısına ürək sözlərini çatdırıb:

Siz xalqımızın milli mədəni dəyərlərini həmişə yüksək qiymətləndirirsiniz. Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dahi söz sənətkarlarımızla bağlı yubileylərin keçirilməsini, Gəncənin tarixi abidələrinin yenidən qurulmasını bu şəhərin sakinləri xüsusi rəğbətlə qarşılayırlar. “İmamzadə” kompleksinin bərpasının tamamlanması üçün vəsait ayrılması barədə Sizin Sərəncamınızı eşidəndə çox böyük sevinc hissi keçirdik.

Möhtərəm cənab Prezident!

Milli mədəni dəyərlərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama