Modern.az

Belə bir şey ağlasığmazdır - AKAR

Belə bir şey ağlasığmazdır - AKAR

Dünya

12 Mart 2023, 12:48

"Saat 04.30-da axtarış-xilasetmə qruplarımızı səfərbər etdik. Təyyarələrimizi səfərbər etdik, gəmilərimizi səfərbər etdik".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələ ilə bağlı ordunun gördüyü işlərdən danışarkən deyib.

 

"Ordunun gecikməsi barədə deyilənlər doğru deyil, qətiyyən mümkün deyil. Belə bir şey ağlasığmazdır. Briqadalarımız əmr gözləmədən sürətlə axtarış-xilasetmə işlərinə cəlb olundu", - deyə o əlavə edib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 47 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu