Macarıstanda 40 maşın zəncirvari şəkildə qəza törədib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Budapeşt yaxınlığında baş verib.
Qəzadan sonra yanğın başlayıb və avtomobillərin əksəriyyəti yanıb. Məlumata görə, 36 yaralı var.
Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır. İlkin ehtimallara görə, qəza görmə məsafəsinin məhdudlaşması ucbatından oub.