Modern.az

Zelenski yeni prezidentlə danışıqlar apardı

Zelenski yeni prezidentlə danışıqlar apardı

12 Mart 2023, 18:38

Ukrayna prezidenti Volodimir Zelenski ilə çexiyalı həmkarı Petr Pavel arasında telefon danışığı olub.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski Petr Paveli vəzifə səlahiyyətlərinin icrasına rəsmi şəkildə başlaması münasibətilə təbrik edib.

 

Bildirilib ki, söhbət zamanı prezidentlər cəbhədəki vəziyyəti, Ukraynanın təhlükəsizlik ehtiyaclarını və Avropa İttifaqına üzvlük prosesini müzakirə ediblər. 

 

"Biz fəal əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik", - deyə Zelenski məlumat verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu