Modern.az

Azərbaycan jurnalistləri Beynəlxalq Jurnalistlər Federasiyasının Dünya Konqresindən qayıdıblar

Azərbaycan jurnalistləri Beynəlxalq Jurnalistlər Federasiyasının Dünya Konqresindən qayıdıblar

Təhsil

10 İyun 2013, 17:49



İrlandiya Respublikasının Dublin şəhərində Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) 28-ci Dünya Konqresi keçirilib.  Beş gün müddətində (03 iyun-07 iyun 2013)  davam edən Konqresdə BJF-nin dünyanın 121 ölkəsində mövcud olan yerli üzv təşkilatlarından 350 nəfərə qədər nümayəndə iştirak edib. 
Azərbaycandan Konqresə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli və təşkilatın xarici əlaqələr departamentinin rəhbəri Əhməd Əlili qatılıblar.

Konqresin gedişində medianın qlobal problemləri müzakirə edilib.  Xüsusi olaraq, qlobal iqtisadi böhranın media industriyasına təsiri və nəticədə etik dəyərlərə münasibətin dəyişməsi; yeni media və müəlliflik hüququ; mediada gender problemləri; jurnalist təhlükəsizliyi kimi məsələlər  diqqət mərkəzində olub, bu yöndə məruzələr dinlənilib və qiymətləndirmə aparılıb. Medianın qlobal problemlərilə bağlı yeni çağırışlar elan edilib. 

Yerli üzv təşkilatlar təmsil etdikləri ölkələrdə medianın durumuna dair məruzələr etdikdən sonra, dəyərləndirmə aparılıb.  Türkiyədə son vaxtlar media təmsilçilərinə qarşı təzyiqlərin artmasına etiraz olaraq xüsusi bəyanat qəbul edilib.  Bununla yanaşı İran və Rusiyada jurnalist təhlükəsizliyi problemlərinin getdikcə aktuallaşdığı vurğulanaraq bu olkələrə diqqətin artırılmasına qərar verilib. 

Konqresdə BJF-nin rəhbər qurumlarına seçkilər keçirilib. Britaniya və irlandiya Milli Jurnalistlər Birliyinin (NUJ) təmsilçisi Jim Bumelha  yenidən BJF prezidenti seçilib.  JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki,  Konqresin gündəliyində müəyyən edilmiş məsələlərin müzakirəsində aktiv iştirak etməklə yanaşı, bir sıra ölkələrin təmsilçiləri və BJF rəhbərliyi ilə fərdi görüşlər də keçirmiş, ikitərəfli əlaqələrin inkişaf üçün razılaşma əldə etmişlər. 
Xüsusi olaraq Belçika Jurnalistlər Assosiasiyası, İsveç Jurnalistlər Assosiasiyası, Rusiya Jurnalistlər Birliyi, Makedoniya Jurnalistlər Assosiasiyası, o cümlədən, Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ)  və Avropa Jurnalistlər Federasiyasının (EFJ) prezidentləri ilə görüşlər keçirilərək Azərbaycan jurnalistləri ilə daha sıx təmasların qurulması razılaşdırılmışdır.   

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama