Modern.az

Doktorantura ilə bağlı YENİLİK - Emin Əmrullayev AÇIQLADI

Doktorantura ilə bağlı YENİLİK - Emin Əmrullayev AÇIQLADI

Təhsil

13 Mart 2023, 10:26

Doktorantura sahəsinin müasirləşdirməsi ilə bağlı ciddi sistemləşdirmə lazımdır.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

 

"Hazırda bu qanunla biz doktoranturanın bir hissəli keçirilməsinin tərəfdarıyıq. Digər ölkələrdə doktorantura pilləsində fərqliliklər var. Bəzilərində bir, bəzilərində iki pilləlidir. Amma biz Azərbaycanda birpilləli doktoranturaya keçməyi planlaşdırırıq", - deyə nazir vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu