“Heç vaxt "pampers" mövzusunda danışmamışam”
AYB üzvləri ilə arasında yaşanan qalmaqaldan sonra yazışı Şərif Ağaya bu dəfə millət vəkili Fazil Mustafanın bostanın daş atıb. F.Mustafanı televerilişlərdə qadın və pampers, abort, qanunsuz nigah kimi mövzulardakı çıxışlarını tənqid edən yazıçı ilə deputat arasında qalmaqal daha da böyüyüb.
Modern.az-ın məlumatına görə, Fazil Mustafanın Şərif Ağayara cavabı gecikməyib. Deputat öz cavabı ilə yazarı yerində otuzdurub:
“Onun nə dediyi mənim üçün önəmli deyil. Heç kimi təhqir etməmişəm. Təhqir mənim üslubum deyil. Bu suala cavabı Şerif Ağayar adlı hələ sebrimi cilovlayıb bir yazısını bele axıra qeder oxumadığım (inanın ki, oxuya bilmediyim) birisi verib. Mənim yanaşmam bu ki, kiməsə, xüsusile yaşlı bir insana "niye ölməmisən?" sualını vermək, sadəcə ədəbsizlikdir. Bu adam isə bildirir ki, məni pampersden, abortdan danışılan verilişlərdə gördüyüdən, ciddi yanaşmır. Elbəttə, mən bir partiya sədri ve millət vəkili kimi qanunvericiliyə aid insanları maraqlandıran bütün mövzularda fikirlərimi cəmiyyətə çatdırmağa borcluyam. Ancaq heç vaxt "pampers" mövzusunda televiziyada danışmamışam. Əgər Şərif Ağayar onun haqqında söylədiklərimi "pampers" haqqında danışmaq kimi qiymələndirirsə, onun bu şərhinə qiymət vermək istəməzdim”.
Qeyd edək ki, Fazil Mustafanı Şərig Ağayarın bu fikirəri hövsələdən çıxarıb:
“Fazil Mustafanı qadın və pampers, abort, qanunsuz nigah kimi qonağı istisna olan verilişlərdə görürəm. Yaxşı danışır. Bir-iki kitab oxuyub. Amma özü bilmirsə, bilsin, ciddiyyətini pozmuş adamdır”.
Anar RÜSTƏMOV