Modern.az

“Qarabağ” “Qalatasaray”la qarşılaşacaq

“Qarabağ” “Qalatasaray”la qarşılaşacaq

13 Mart 2023, 16:32

Martın 26-da "Qarabağ" Futbol Klubu rəhbərliyinin təşəbbüsü ilə "Qalatasaray"la xeyriyyə matçı keçiriləcək.

 

Modern.az Qol.az-a istinadən bildirir ki, "Qarabağ" - "Qalatasaray" matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

 

Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərər çəkən şəxslərə sərf olunacaq.

 

Qeyd edək ki, matç mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?