Modern.az

Həbsdəki oğluna narkotik aparan qadın...

Həbsdəki oğluna narkotik aparan qadın...

14 Mart 2023, 10:54

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən Modern.az-a verilən məlumata görə, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan gödəkcənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir