Modern.az

Mədəniyyət Nazirliyinə yeni mətbuat katibi təyin edildi

Mədəniyyət Nazirliyinə yeni mətbuat katibi təyin edildi

14 Mart 2023, 11:50

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, Aynur Nurəddin qızı Kərimova nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri təyin edilib.

 

Qeyd edək ki, A.Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr, magistr və aspirantura təhsili alıb. O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

 

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. Azərbaycan 2022-ci il “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı