Modern.az

İranda çərşənbə FACİƏSİ: Ölənlərin sayı artdı (YENİLƏNİB)

İranda çərşənbə FACİƏSİ: Ölənlərin sayı artdı (YENİLƏNİB)

Dünya

14 Mart 2023, 23:41

İranda ilaxır çərşənbədə ölənlərin sayı 19 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, çərşənbə tonqallarında 1200-ə yaxın şəxs yaralanıb.

 

Yanan maddələrin partlaması nəticəsində Həmədanda bir mənzildə partlayış baş verib.

 

***

13:00

İranda Novruz çərşənbələri zamanı 15 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Ölüm hallarının 7-si Təbrizdə, 4-ü Tehranda, 2-si Həmədanda, 1-i Urmiyada, 1-i isə Qəzvində qeydə alınıb. 

 

Bundan əlavə, çərşənbələrdə 357 nəfərin yaralandığı bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et