Modern.az

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

İdman

14 Mart 2023, 13:12

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının dörddəbir final mərhələsinin oyununa təyinat alıb.

 

Modern.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Türkiyə klubu “Vakıfbank”la İtaliya komandası “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

 

Görüş martın 15-də İstanbuldakı “Vakıfbank Sport Salonu”nda təşkil olunacaq.

 

Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın əsas hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna bu əraziləri azad etdi - Ruslar geri çəkilir