Modern.az

Rusiyadan Qara dənizdəki insidentlə bağlı AÇIQLAMA

Rusiyadan Qara dənizdəki insidentlə bağlı AÇIQLAMA

Dünya

14 Mart 2023, 22:50

Rusiya Müdafiə Nazirliyi Qara dəniz üzərində baş verən insidentlə bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, Nazirlik ABŞ-a məxsus pilotsuz uçuş aparatına qarşı hava-desant silahlarından istifadə edilməsini təkzib edib.

 

Açıqlamada iddia edilir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.

 

"Kəskin manevr nəticəsində ABŞ-a məxsus pilotsuz uçuş aparatı yüksəklik itkisi ilə nəzarətsiz uçuşa keçid edib və su səthi ilə toqquşub. Rusiya qırıcıları hava-desant silahlarından istifadə etməyib, pilotsuz uçuş aparatı ilə təmasda olmayıb və aerodroma sağ-salamat qayıdıblar", - Nazirlik qeyd edib.

 

CNN-in məlumatına görə, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb.

Whatsapp
Bizə yazın!
Keçid et