Modern.az

Ukraynada həlak olan idmançıların sayı açıqlandı 

Ukraynada həlak olan idmançıların sayı açıqlandı 

Dünya

15 Mart 2023, 00:53

Rusiyanın Ukraynaya hücumu başlayandan bəri 250 idmançı və məşqçi həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” Gənclər və İdman Nazirliyinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, döyüş əməliyyatları nəticəsində 16 idmançı yaralanıb, 28-i əsirlikdədir. 6 nəfər itkin düşmüş hesab olunur.

 

Rusiya qoşunlarının hücumları və işğalı nəticəsində 95 idman obyekti tamamilə və ya qismən dağıdılıb.

 

Daha 248 idman obyektinə xeyli və ya qismən ziyan dəyib. Ümumi itki 250 milyon dolları ötüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et