Modern.az

DİN: Bu ilin 5 ayında azyaşlı qızlara qarşı 57 zorlama hadisəsi qeydə alınıb

DİN: Bu ilin 5 ayında azyaşlı qızlara qarşı 57 zorlama hadisəsi qeydə alınıb

Ölkə

11 İyun 2013, 13:18

Statistik rəqəmlərə görə il ərzində uşaqlara qarşı törədilən və müvafiq qaydada qeydiyyatdan keçərək istintaqı tamamlanmış cinayətlərin sayı təxminən 500-550-dir. Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təşkili işi şöbəsinin müdiri Kamal İmamverdiyev bu gün parlamentdə keçirilən beynəlxalq konfransda bildirib.

“Bunlar kriminal cinayətlərdir və onların içərisində ailə-məişət zəminində uşaqların məruz qaldığı cinayətlərin göstəricisi təxminən 7% təşkil edir. Bu təxminən 40-50 cinayət faktı deməkdir və təbii ki, digər MDB dövlətləri ilə müqayisədə böyük göstərici deyil. Uşaqların məruz qaldığı ümumi cinayətlərin sayının 28-29%-i cinsi azadlıqlar və cinsi pozğunluğa gətirib çıxaran cinayətlərdir. İl ərzində 500-dən artıq cinayətin 1,1 % -ni seksual zorakılıq, zorlama, 4%-ni isə seksual zorakılıq hərəkətləri təşkil edir. Həmin hərəkətlərə məcbur etmə 0,4%, 16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq cinsi əlaqədə olan cinayətlərin sayı isə 20 təşkil edir. 150-180 cinayət faktı həmin cinayət əməli ilə bağlı olur. 2012-ci ildə 157 cinayət, cari ilin 5 ayı ərzində isə 57 fakt qeyd olunan cinayət əməlləri ilə bağlı olub. Bu cinayətlər rəsmi şəkildə qeydə alınmış cinayətlərdir”.

Gültəkin Ələsgər  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi