Modern.az

“Qarabağ” - “Qalatasaray” matçının biletləri satışa çıxarılır - QİYMƏT

“Qarabağ” - “Qalatasaray” matçının biletləri satışa çıxarılır - QİYMƏT

15 Mart 2023, 12:40

“Qarabağ” - “Qalatasaray” oyununun biletlərinin qiyməti və satış məntəqələrinin siyahısı bəlli olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycan çempionunun Türkiyə klubu ilə yoldaşlıq görüşünün biletləri sabah satışa çıxarılacaq. Xeyriyyə məqsədi ilə keçiriləcək qarşılaşmanın biletləri saat 11:00-dan əldə etmək mümkün olacaq.

 

Bunun üçün azarkeşlər 3, 5, 30, 50 və 100 manat ödəməlidir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın fan-şopunda, həmçinin “iticket.az” və onun satış məntəqələrində əldə etmək mümkün olacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir