Modern.az

Ərdoğan Kılıçdaroğludan danışdı: Axır ki...

Ərdoğan Kılıçdaroğludan danışdı: Axır ki...

Dünya

15 Mart 2023, 14:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdən danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, rəqibi CHP lideri Kemal Kılıçdaroğlunu tənqid edib.

 

"Axır ki, "Bay-bay Kemal" kimisə qabağa vermək əvəzinə özü namizəd oldu. İnşallah ki, 6 partiyanın vahid namizədi ilə demokratik şəkildə yarışacağıq, ona lazım olan yeri göstərəcəyik", - deyə Ərdoğan söyləyib.

 

Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri eyni tarixdə - 14 mayda baş tutacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et