Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı sosial şəbəkədə yayılan videosu ilə məşhurlaşan Xınalıq kəndinin 13 yaşlı sakini ilə görüşüb.
Modern.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində paylaşım edib.
"Qubanın bir kəndində yaşayan 13 yaşındakı İbrahim Zeynalov ilə bu gün tanış olduq. Eşitdim ki, hüquqşünas olmaq istəyir. Bu məqsədində ona uğurlar dilədik, təhsilinə dəstək verməyə hazır olduğumuzu atasına söylədik", - deyə o qeyd edib.