Milli Məclisin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan Asya Manafova Modern.az-a saytına açıqlama verib. O, hazırda heç yerdə işləmədiyini bildirib:
"Artıq təqaüdddəyəm, işsizəm. Sonuncu iş yerim Azərbaycanın Belarusdakı səfirliyində olub. Orada diplomat kimi fəaliyət müddətimi başa vurandan sonra Bakıya qayıtdım. İnid təqaüdçü kimi Bakıda yaşayıram".
Asya Manafova üzvü olduğu hakim YAP-ın bir neçə gün öncəki qurultayı və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı əməkdaşımızın digər suallarını cavablandırmaq istəməyib:
"Çox sağ olun ki, yada salırsınız. Amma indi meydan gənclərindir. Qoy, onlar müsahibə versinlər. Mən digər məsələlər barədə danışmaq istəmirəm".
Qeyd edək ki, vaxtilə Qusar rayonuna rəhbərlik etmiş Asya Manafova hakim Yeni Azərbaycan Partiyasının qurucularından sayılır. O, daha sonra Milli Məclisin Ekologiya vəTəbii Ehtiyatlar Daimi Komissiyasının sədri olub, Əli Nağıyevlə birgə Azərbaycanın Belarusdakı səfirliyində çalışıb.
İntiqam Valehoğlu