Bu gün Ermənistanın dövlət başçısı Serj Sərkisyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Modern.az-ın xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Serj Sərkisyan rusiyalı həmkarına qarşıdakı dövlət bayramı-istiqlal günü (Rusiya günü) münasibəti ilə təbrik ünvanlayıb. Prezidentlər iki ölkənin strateji müttəfiqliyindən, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsindən də söz açıblar.
Aqşin KƏRİMOV