Qərb şirkətləri Rusiyanı tərk etməyə tələsmir.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri material dərc edib.
Məlumata görə, Aİ və G7 ölkələrindən olan 1404 firma arasında 9%-dən az hissəsi Rusiya Federasiyasını tərk edib. Xüsusən, Qərb biznesləri mənfəətin götürülməsi ilə bağlı çətinliklərlə üzləşirlər. Belə ki, pul Rusiya bankında hesabda saxlanılır, oradan başqa ölkəyə çıxarmaq mümkün deyil və bu halda Rusiya sadəcə olaraq aktivləri müsadirə edir. Buna görə də şirkətlər üçün Rusiya Federasiyasında işləməyə davam etmək ayrılmaqdan daha asandır.
İndi Çin bazarından çıxmağı düşünən Qərb biznesi “Rusiya təcrübəsini” öyrənir. Həll yollarından biri riskin azaldılmasıdır. Belə ki, burada iqtisadi və ticarət potensialının digər ölkələrə ötürülməsindən söhbət gedir.
Qeyd olunub ki, dekabr ayında "Apple" çip istehsalını Tayvandan Arizonaya, "Samsung" isə istehsalı Çindən Vyetnam və Hindistana köçürdüyünü elan edib.