Modern.az

ANAMA mina partlayışı barədə məlumat YAYDI

ANAMA mina partlayışı barədə məlumat YAYDI

Hadisə

16 Mart 2023, 14:10

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Ağdamda iki nəfərin həlak olması ilə nəticələnən mina partlayışı barədə məlumat yayıb.

 

ANAMA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

 

Qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu həlak olub.

 

“İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür.

 

Unutmayın! Məsuliyyətli və diqqətli davranaraq, baş verə biləcək mina hadisələrindən qorunmuş olarıq! ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırır”, - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü