Türkiyənin Kahramanmaraş və Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Kahramanmaraşın Türkoğlu və Hatayın Belen rayonlarında baş verən yeraltı təkan Rixter şkalası ilə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 və 10.5 kilometr dərinliyində yerləşən zəlzələlərdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.