Modern.az

Bu gün 19 rayonda 46211 məzun üçün buraxılış imtahanı keçirilir

Bu gün 19 rayonda 46211 məzun üçün buraxılış imtahanı keçirilir

Təhsil

12 İyun 2013, 09:44

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağıstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlayır.

IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb: 

İmtahan Yevlaxda 3, Bərdədə 5, Tərtərdə 2, Daşkəsəndə 1, Gəncədə 6, Göygöldə 2, Samuxda 2, Naftalanda 1, Goranboyda 3, Şəmkirdə 6, Gədəbəydə 3, Ağıstafada 2, Qazaxda 3, Tovuzda 5, Göyçayda 3, Ucarda 2, Kürdəmirdə 4, Ağdaşda 3, Zərdabda isə 2 binada təşkil olunacaq.

İmtahanda 26301 nəfər IX sinif şagirdinin (Yevlaxda 1403, Bərdədə 2257, Tərtərdə 991, Daşkəsəndə 399, Gəncədə 2976, Göygöldə 1020, Samuxda 819, Naftalanda 82, Goranboyda 1627, Şəmkirdə 2898, Gədəbəydə 1202, Ağıstafada 984, Qazaxda 1129, Tovuzda 2306, Göyçayda 1534, Ucarda 1022, Kürdəmirdə 1393, Ağdaşda 1544, Zərdabda isə 715) iştirakı nəzərdə tutulub.
İmtahanın (9-cu sinif) idarə olunması üçün 2198 nəzarətçi-müəllim ayrılıb 

XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb: 

İmtahan Yevlaxda 3, Bərdədə 5, Tərtərdə 2, Daşkəsəndə 1, Gəncədə 6, Göygöldə 2, Samuxda 2, Naftalanda 1, Goranboyda 3, Şəmkirdə 6, Gədəbəydə 3, Ağıstafada 2, Qazaxda 3, Tovuzda 5, Göyçayda 3, Ucarda 2, Kürdəmirdə 4, Ağdaşda 3, Zərdabda isə 2 binada təşkil olunacaq.

İmtahanda 19910 nəfər XI sinif şagirdinin (Yevlaxda 1227, Bərdədə 1546, Tərtərdə 798, Daşkəsəndə 254, Gəncədə 2260, Göygöldə 803, Samuxda 559, Naftalanda 53, Goranboyda 1251, Şəmkirdə 2517, Gədəbəydə 821, Ağıstafada 801, Qazaxda 950, Tovuzda 1648, Göyçayda 1107, Ucarda 727, Kürdəmirdə 1094, Ağdaşda 978, Zərdabda isə 516) iştirakı nəzərdə tutulub.
İmtahanın (11-ci sinif) idarə edilməsi 1717 nəzarətçi-müəllim ayrılıb. 

Hər iki imtahana ümumilikdə 163 imtahan rəhbəri cəlb edilib.

Buraxılış imtahanının qaydalarına görə: 

- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib. 

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. 
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. 
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. 
- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama