Modern.az

Kürdəmirdə qəza - 3 nəfər yaralandı

Kürdəmirdə qəza - 3 nəfər yaralandı

16 Mart 2023, 20:25

Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, Tərtər rayon sakini Bayramlı Ceyhun İdris oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

 

Qəza zamanı avtomobildə olan sərnişinlər - Tərtər rayon sakinləri 9 yaşlı Bayramlı Yusif Ceyhun oğlu, 30 yaşlı Orucova Güldəstə Qoşqar qızı və 52 yaşlı Hüseynova Səkinə Aydın qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri