Modern.az

ABŞ konqresmenləri Rusiyaya qəzəblidir, lakin...

ABŞ konqresmenləri Rusiyaya qəzəblidir, lakin...

Dünya

17 Mart 2023, 00:40

Konqresmenlər 32 milyon ABŞ dolları dəyərində olan pilotsuz uçuş aparatının (PUA) qəzaya uğramasına səbəb olan Rusiya qırıcılarının hərəkətlərindən qəzəblənirlər.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Hill" qəzeti yazıb.

 

Nəşr qeyd edir ki, buna baxmayaraq, onlar ABŞ və Rusiya arasında gərginliyin qarşısını almaq üçün ehtiyatlı bəyanatlar verirlər.

 

Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Kevin Kramer deyib ki, eskalasiyaya həddən artıq reaksiya vermək istəmir. Kramer ABŞ-ın bu hadisəyə cavab verməli olduğunu söyləyib, lakin əlavə edib ki, bu cavab ABŞ və Rusiya hərbçiləri arasında gərginliyi artırmamalıdır.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI