Modern.az

Avroliqada mövsümün son püşkü atılır

Avroliqada mövsümün son püşkü atılır

17 Mart 2023, 08:14

Bu gün UEFA Avropa Liqasında cari mövsümün son püşkü atılacaq.

 

Modern.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

Püşkatma mərasimində 1/4 və 1/2 final cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.

 

Bu mərhələdən etibarən püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa biləcək.

 

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bir həftə sonra baş tutacaq. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

 

Turnirin final görüşü mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

 

UEFA Avropa Liqası
1/4 final mərhələsi

 

"Union" (Belçika)

"Bayer" (Almaniya)

"Arsenal" (İngiltərə)

"Roma" (İtaliya)

"Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Feyenoord" (Niderland)

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir