Taksim dünən gecə saatlarınadək davam edəm etiraz aksiyalarından sonra günə sakit başlayıb. Polis, bələdiyyə işçiləri və texnika mərkəzi küçələrə cəlb olunaraq təmizlik işləri ilə məşğuldur. Polislə qarşıdurmada yandırılan maşınlar ərazidən uzaqlaşdırılıb. Hazırda Taksim ətrafı polis nəzarətindədir. Aksiyaların yenidən davam edəcəyi istisna edilmir.
Qeyd edə ki, dünən axşam saatlarında Taksimdə dəhşətli anlar yaşandı. Taksimə yığışaan yüzlərlə etirazçı ilə polis arasında yaranan qarşıdurma səhər saatlarına kimi davam edib. Aksiya zamanı xeyli sayda insan yaralanıb.