Modern.az

Gömrükdən büdcəyə nə qədər vəsait daxil olub?

Gömrükdən büdcəyə nə qədər vəsait daxil olub?

17 Mart 2023, 11:02

Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 5654,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1049,6 mln. manat və ya 22,8%, 2021-ci illə müqayisədə isə 1311,6 mln. manat və ya 30,2% çoxdur. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Hesabat ilində Komitə tərəfindən dövlət büdcəsinə gömrük rüsumları üzrə 1419,7 mln. manat (proqnoza nisbətən 119,7 mln. manat və ya 9,2%, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 214,2 mln. manat və 17,8% çox), əlavə dəyər vergisi üzra 4003,1 mln. manat (proqnoza nisbətən 918,1 mln. manat və ya 29,8%, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 1072,4 mln. manat və 36,6% çox), aksizlər üzrə isə 168,8 mln. manat (proqnoza nisbətən 1,2 mln. manat və ya 0,7% az, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 5,7 mln. manat və 3,5% çox) vəsait köçürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir