Modern.az

Kimdir günahkar - Hacıbala Abutalıbov, yoxsa İsa Qəmbər?

Kimdir günahkar - Hacıbala Abutalıbov, yoxsa İsa Qəmbər?

Təhsil

12 İyun 2013, 10:39



Bakı şəhər İcra Hakimiyyəti ilə Müsavat Partiyası arasında qurultay qalmaqalı yenidən davam edir. Müsavat meriyanın qurultaya normal yer ayırmadığından şikayət etsə də, qarşı tərəf bu ittihamlarla razılaşmaq istəmir. Aylardır ki, tərəflər bir-birlərini ittiham edirlər. Artıq bir ildən çoxdur ki, qurultay söhbəti bitmək bilmir.

Belə ki, Müsavat rəsmiləri dəfələrlə açıqlamalarında hələ də Bakı Şəhər İcra Hakimiyyətindən cavab gözlədiklərini bildirirlər. Görək, bu dəfə meriyanın Müsavata cavabı  necə olacaq? Bakı şəhər İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən Modern.az-a bildirilib ki, onların Müsavat Partiyasına veriləcək cavabları yoxdur. “Bakı şəhər İcra Hakimiyyətinə daxil olan bütün müraciətlərə baxıb müvafiq cavab veririk. Onların da müraciətlərinə lazımı cavabı vermişik, qurultaylarının keçirilməsi üçün uyğun yerlər göstərilib. Bundan sonra da müraciət etsələr baxacağıq. Bizdən cavab gözləyirlərsə müraciətlərinə cavabımızı vermişik”.

Müsavat isə görünür qurultay keçirməyə hələ də tələsmir. Baxmayaraq ki, əsas rəqibləri Yeni Azərbaycan Partiyası (YAP) iyunun 7-də qurultayını keçirdi. İsa Qəmbər isə məsələyə bir qədər fərqli prizmadan yanaşır. Partiya rəsmiləri yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək niyyətinə olmadıqlarını bəyan ediblər.

Anar RÜSTƏMOV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama