Modern.az

Medvedev ABŞ PUA-sının vurulmasından DANIŞDI

Medvedev ABŞ PUA-sının vurulmasından DANIŞDI

17 Mart 2023, 10:20

Qara dənizdə ABŞ PUA-sı ilə bağlı insident fonunda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev ABŞ-ın siyasəti barədə fikirlər irəli sürüb.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə "Telegram" kanalında yazıb.

 

"Sadə dillə desək, ABŞ-da tamamilə özbaşınadırlar. Baxmayaraq ki, hərbi təmaslar lazımdır və təbiidir. Xüsusən də onların Rusiya təyyarəsini vurmaq barədə bəyanatları ərəfəsində", - deyə Medvedev qeyd edib.

 

ABŞ ordusu məlumat yaymışdı ki, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu